Rusiya Ulraynaya hava zərbələri endirib | VİDEO

Rusiya Ulraynaya hava zərbələri endirib    | VİDEO
  27 Sentyabr 2025    Oxunub:537
Sentyabrın 27-nə keçən gecə Ukraynanın bir neçə bölgəsi iri pilotsuz təyyarələrin və raketlərin hücumlarına məruz qalıb.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin qərbindəki Vinnitsa vilayətində kritik infrastruktura zərbə vurulmaqla yanaşı, yaşayış binasına da ziyan dəyib. Bölgədə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Dnepropetrovsk vilayətində hücum zamanı 39 yaşlı qadın yaralanıb. İnzibati binaya, muzeyə, müəssisəyə, mağazaya, həmçinin yaşayış və yardımçı tikililərə ziyan dəyib.

Zaporojyedə avtovağzal yaxınlığındakı supermarketdə partlayış olub. Hücumdan sonra bəzi sakinlər işıqsız qalıb.

Zərbələr Kiyev, Poltava, Çerniqov, Jitomir və Kirovoqrad vilayətlərində də qeydə alınıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti